İlham Əliyevin Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü olub - FOTO

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib.
Avtosfer.az bu barədə “Azərtac”a istinadən xəbər verir.
Prezident İlham Əliyev dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfərin tarixi əhəmiyyəti olacaq. Biz bu gün Sizinlə məhdud tərkibdəki görüşdə bir çox məsələləri müzakirə etdik və görürük ki, əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirəm ki, bu gün müzakirə olunan və olunacaq məsələlər, verəcəyimiz tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək.
Son aylar ərzində bizim hökumətlərin üzvləri bir-biri ilə sıx təmasda olmuşlar, qarşılıqlı səfərlər etmişlər. Bir çox məsələlər həll olunub. Sizin səfərinizə hazırlıq məqsədilə bir çox məsələlər də müzakirə olunub.
Bu gün bir çox önəmli sənədlər imzalanacaq və veriləcək qərarlar iki qardaş xalqı bir-birinə daha yaxın edəcək. Bir daha sizi ürəkdən salamlayıram, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz uğurlu olacaq.
Prezident Məsud Pezeşkian dedi:
-Bismillahir-rəhmanir-rəhim. Mərhəmətli və rəhmli Allahın adı ilə.
Mən əziz qardaşım Azərbaycanın hörmətli Prezidentini, burada olan əziz qonaqları və qardaşlarımızı yenidən salamlayıram. Çox şadam ki, Azərbaycandayam və sizin qarşınızdayam. Ümid edirəm ki, bizim burada iştirakımız, həmçinin daha əvvəl keçirilən iclaslarda mütəxəssislərimiz tərəfindən hazırlanan razılaşmalar və bundan sonra imzalanacaq sazişlər Azərbaycanla, əziz, dost, qardaş və demək olar ki, həm də qohum Azərbaycan xalqı ilə əlaqələrimizdə daha geniş addımlarla irəliləyişin başlanğıcına çevriləcək, bölgədə münasib əməkdaşlıq nümunəsinin formalaşmasına səbəb olacaq. Ali Rəhbərin salamını Sizə çatdırmağı özümə borc bilirəm.
Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq.
Prezident İlham Əliyev İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İranın Ali Rəhbərinə çatdırmağı xahiş edib.


Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












