“İmkan düşən kimi gedəcəyik, yaşamağın mənası yoxdur burada” – Xocalıdakı ermənilər - FOTO

Qarabağ, Xocalı rayonu, ermənilərin "Naxçivanik" dedikləri Naxçıvanlı kəndi.
Naxçıvanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salmışdılar. Sovet hakimiyyəti illərində Naxçıvanik adlandırılan bu kənd 1992-ci ildən Naxçıvanlı kimi rəsmiləşdirilıb. Kəndin adı, yəni oykonim "Naxçıvandan gələnlər" mənasındadır.
Kəndin adı 29 dekabr 1992-ci ilə qədər "Naxçıvanik" olub.
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Naxçıvanlı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib.
Bir zamanlar təxminən 800 sakini olan kənddə indi 100 erməni qalıb. Onların da tam əksəriyyəti Naxçıvanlını tərk etməkdə israrlı və qərarlıdır.
Səbəb aydın və bəllidir: İkinci Qarabağ Müharibəsindən sonra yerli ermənilərin 30 illik mifləri puç olub. Onlar anlayırlar ki, şüurları və ətrafdakı gerçəkliyi qəbul etməkdəki əxz modellər dəyişməyincə, Azərbaycanda yaşaya bilməyəcəklər.
Separatçılar artıq beş gündür ki, kənd təsərrüfat işlərini, daha dəqiq olsaq, səpin kampaniyasını dayandırıblar. Onlar "Azərbaycan tərəfdən atəş açılır" deyərək Rusiyanın müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinə şikayətlənirlər.
Və bununla da həmişəki kimi, erməni xislətinə uyğun olaraq yalan danışırlar.
Gerçək təbii ki, tam fərqlidir.
Naxçıvanlı kəndinin cənubunda və şərqində səngərlər qazaraq mövqelər quran erməni separatçılar Azərbaycan Ordusunun yaxınlıqdakı mövqelərini sürəkli olaraq atəşə tuturlar.
Həmin silahlı ermənilər isə, xatırladaq ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, ümumiyyətlə, olmamalıdır.
Varsa, rusiyalı sülhməramlılar onları tərksilah etməlidir.
Lakin etmirlər və ermənilər mövqelərimizi atəşə tutmağa davam edirlər.
Belə davranışın onlar üçün çox pis nəticə verəcəyini anlasalar da...




Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










