İntizamsız sürücülərin yaratdığı tıxacı Yasamal DYP-nin əməkdaşı belə həll etdi - REAL VİDEO

Bakının Yasamal rayonunda nəqliyyatın hərəkəti ilə bağlı yaranan problem vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Avtosfer.az xəbər verir ki, ötən gün Yasamal rayonu Akim Abbasov küçəsi ilə Mətbuat prospektinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətinin mümkünsüzlüyü ilə bağlı görüntülər ortaya çıxıb. Vətəndaşlardan biri evinin balkonundan yaşanan vəziyyəti çəkərək yayıb. O, sürücülərin bir-birinə yol verməməsi nəticəsində hər iki küçədə yaranan halın qəbuledilməz olduğunu bildirib. Vətəndaş avtomobil idarəçilərinin bu cür hərəkətini sürücü mədəniyyəti ilə əlaqələndirib.
Görüntülərdən sonra Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən dərhal açıqlama verildi. Sürücülərin yaratdığı vəziyyətin sadəcə 1 nəfər yol polisi əməkdaşı tərəfindən necə düzəldilməsi və hərəkətin bərpası ilə bağlı görüntüləri dərhal yayılıb.
Qurumdan Avtosfer.az-a bildirilib ki, Yasamal rayonu, Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində yaranan sıxlığın aradan qaldırılması məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb. Qısa müddət ərzində nəqliyyatın ləngiməsinin bitişik digər yollara yayılmasının qarşısı alınıb, hərəkətin fasiləsizliyi təmin olunub.
Səfər
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












