İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
Prezidentin rəsmi internet səhifəsində yerləşdirilmiş sənədə əsasən, bank və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə ediləcək.
Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna “Kredit ittifaqları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












