İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb..
Avtosfer.az-ın xəbərinə görə, dəyişikliklə Məcəlləyə yeni 445-1.7-ci maddəsi əlavə edilir.
Yeni maddəyə əsasən, satınalan təşkilat tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına, yəni satınalma müqaviləsi üzrə ödəmələrin tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada, məbləğdə və müddətdə həyata keçirilməməsinə, o cümlədən satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra ödənilməli məbləğin satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilməməsinə, habelə ödənişin gecikdirilməsinə görə satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmış faizlərin əsassız olaraq malgöndərənə (podratçıya) ödənilməməsinə görə – vəzifəli şəxslər 3 000 manatdan 6 000 manatadək məbləğdə cərimə ediləcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












