İran limanları neft və konteyner yük aşırmalarının həcmini artırır

Keçən İran ilində (20 mart 2024-cü il - 20 mart 2025-ci il) İran limanlarında 235 milyon ton yük aşırılıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu ölkənin yollar və şəhərsalma nazirinin müavini və Limanlar Təşkilatının rəhbəri Səid Rəsuli bildirib. İrana məxsus limanlarda vurulmuş yüklərin həcmi təqribən 153 milyon ton, boşaldılmış yüklərin həcmi isə 82,3 milyon tona yaxın olub.
Bundan əvvəlki İran ili ərzində (21 mart 2023-cü il - 19 mart 2024-cü il) İrana məxsus limanlarda təqribən 237 milyon ton yük işlənib.
S.Rəsuli qeyd edib ki, ötən il İran limanlarında 103 milyon ton neft və neft məhsulları aşırılıb. Qalan yüklər təxminən 132 milyon ton təşkil edib.
Göstərilən dövr ərzində limanlarda 3,08 milyon TEU işlənib ki, bu da inişillə müqayisədə (21 mart 2023-cü il tarixindən 20 mart 2024-cü il tarixinədək) 13 % artım deməkdir.
Hazırda İran limanlarının ümumi yük ötürmə gücü 285 milyon tondan çoxdur. Limanların yükaşırma imkanlarını 500 milyon tona çatdırmaq üçün addımlar atılır.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










