İran Rəşt-Astara dəmir yolu xətini tamamlamaqda qərarlıdır - NAZİR

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əvvəli Bəndər-Abbas limanı, şimal nöqtəsi isə Astaradır. Rəşt-Astara dəmir yolu xəttinin çəkilişi bu məsafənin birləşməsini tamamlayacaq.
Avtosfer.az “Azərtac”a xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqi Tehranda keçirilən Xəzər İqtisadi Forumunda jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, yüklərin cənubdan şimala daşınması İran və sərhədyanı dövlətlər üçün çox vacibdir.
“Bu yol tranzit yükdaşımalarının və ümumilikdə nəqliyyatın inkişafı üçün əhəmiyyətlidir. İran hökuməti Rəşt-Astara dəmir yolu xətini tamamlamaqda qərarlıdır. İran ilə Rusiyanın müvafiq qurumlarının nümayəndələri son bir ay ərzində 5 dəfə görüş keçiriblər. Rusiya yolun tamamlanması üçün 1 milyard 600 milyon avro kredit ayırıb. Bu kredit dəmir yolunun çəkilişi üçün texniki məsələlərin həll olunmasına imkan verəcək. İran hökuməti isə yolun üzərindən keçdiyi torpaqlar sahibləri ilə alqı-satqı işini sürətləndirəcək. Rusiya tərəfi ilə keçirilən görüşlərdə yolun çəkilişini davam etdirmək üçün görüləcək işlərin planı hazırlanıb və razılaşdırılıb”, - deyə Fərzanə Sadeqi qeyd edib.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmentinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara verilib. İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar yolun Rəşt-Astara hissəsinin tikintisini çətinləşdirib. Bu yol vasitəsilə Asiyadan Rusiya və Avropaya daşınan yüklər İran və Azərbaycan ərazisindən tranzit olaraq daşınacaq.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











