İranda Ramazan ayı ilə bağlı məhdudiyyətlər açıqlanıb

İranda Ramazan ayında dini ayinlərin keçirilməsi üçün xüsusi göstəriş verilib.
Bunu İranın səhiyyə naziri Səid Nəməki bildirib. Nazir virusa yoluxmanı azaltmaq üçün hamını bu xüsusi göstərişi yerinə yetirməyə və ölkə məscidlərində xüsusi sağlamlıq protokollarının həyata keçirilməsinə çağırıb.
S.Nəməki qeyd edib ki, Ramazan ayında gündəlik namazlar yarım saat ərzində, minimum insanın iştirakı ilə və açıq havada qılına bilər.
Həmçinin bildirilir ki, Qədr gecələrində ötən il olduğu kimi, məsafə qorunmaq şərtilə məhdud sayda insanın iştirakı ilə 2 saat ərzində proqram həyata keçirə bilər.
Xüsusi göstərişdə qeyd olunur ki, koronavirusa görə vəziyyət ağırlaşarsa qadağalar tətbiq olunacaq.
Səhiyyə Nazirliyi virusun geniş yayılmasını nəzərə alaraq, insanların dini ayinləri evlərində yerinə yetirməyə və televiziya vasitəsilə mərasimləri izləməyə çağırıb.
Qərargahın göstərişinə görə, Ramazan ayında məscidlərdə iftar süfrələri təşkil olunmayacaq və sadə iftar yeməkləri məscidlərin ətrafındakı yoxsul ailələrə paylanacaq.
Qərargah bütün məscidlərə sağlamlıq protokollarına əməl etməyə göstəriş verib və sağlamlıq protokollarına əməl etməyən məscidlərə öncə xəbərdarlıq olunacaq və daha sonra əgər yenə qaydaları pozarlarsa, həmin məscidlərin fəaliyyəti dayandırılacaq.
İranda məscidlərdə namaz və ibadət, quran oxumaları və xütbələr canlı olaraq televiziyadan yayımlanacaq.
Qeyd edək ki, aprelin 9-dan İranda koronavirusun dördüncü dağlasının daha da yayılmaması üçün ölkədə zəruri sahələr istisna olmaqla bütün iş yerləri bağlıdır. (APA)
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












