İranın Astara dəmiryol terminalından Azərbaycana əmtəə ixracı kəskin artıb

İranın Astara dəmiryol terminalından Azərbaycana əmtəə ixracı iki dəfədən çox artıb.
Bunu İranın "Şimal-2" Dəmiryol İdarəsinin rəisi Qulamhüseyn Vələdi deyib.
Onun sözlərinə görə, bu il Astara dəmir yolu terminalı vasitəsilə Azərbaycana 104,226 min ton mal ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 109% çoxdur.
Q. Vələdi ötən gün jurnalistlərə açıqlamasında bu ilin birinci yarısında "Şimal-2" dəmir yolunda yüklənmiş malların həcmi barədə bildirib ki, qeyd edilən dövrdə buradan 643,517 min ton mal yüklənib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 101% çoxdur.
Q. Vələdi qeyd edib ki, hesabat dövründə Astara dəmiryol terminalından 203,218 min ton, yəni illik ifadədə 25% çox mal nəql edilib.
İdarə rəisi Astara terminalından Azərbaycana ixrac olunan əsas malları da qeyd edib: "Astara dəmiryol terminalından Azərbaycana ixrac olunan əsas məhsullar sırasına kimyəvi maddələr, kafel, təmizləyicilər, sement, məişət texnikası və dəmir daxildir". (APA)
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










