İranlı qaçaqmalçı işğaldan azad olunan kənddə saxlanıldı - FOTO

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 22-də saat 19:45-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucularından biri havanın qaranlıq, ərazinin meşəlik və sıx kolluq olmasından istifadə edərək geri qaçıb, digər qaçaqmalçı isə hadisə yerində saxlanılıb. Saxlanılan şəxsin İran vətəndaşı 37 yaşlı Əsədli Əli Xudaverdi olması müəyyənləşdirilib. Əraziyə baxış zamanı 2 ədəd bağlamanın içində təxmini çəkisi 29 kiloqram 925 qram narkotik vasitə və psixotrop həblərə bənzər (16200 qram marixuana, 7444 qram heroin, 3545 qram metamfetamin, 440 qram tiryək və 1680 ədəd metadon-40 həbi) maddələr aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT











