İrəvanda qədim Azərbaycan izi: Sarayın cəmi bir otağı qalıb - FOTOFAKT

İrəvanda Azərbaycan memarlığının qədim nümunələrindən biri olan Sərdar sarayının qalıqlarının tapıldığı məlum olub. Saray bu yaxınlarda təsadüfən rusiyalı jurnalist tərəfindən üzə çıxarılıb, lakin Rusiya mətbuatında o, səhvən fars mədəniyyətinin nümunəsi kimi təqdim edilib. Bunu Trend-ə mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib. Rusiyalı jurnalistin məlumatı ilə tanış olduqdan sonra həmin abidənin Sərdar sarayının qalıqları olduğunu görən F.İsmayılov qeyd edib ki, saray İrəvan qalasının şimal-qərbində - Zəngi çayının uçurumlu sahilində, təbii cəhətdən yaxşı müdafiə olunan ərazidə yerləşib. Sarayın əsası İrəvan qalası ilə eyni vaxtda qoyulub. Saray Əmirgünə xan Qacar (1605-1625) tərəfindən ucaldılıb, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) dövründə memar Mirzə Cəfər tərəfindən təkmilləşdirilib. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirib. Sərdar sarayının Böyük qəbul otağının divarında görkəmli elm və dövlət xadimlərinin portretləri olub.
F.İsmayılov qeyd edib ki, saray 1913-1918-ci illərdə erməni vandalizminə məruz qalıb, dağıdılıb, portretlər isə çıxarılaraq Tbilisiyə aparılıb və hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Onun sözlərinə görə, 1918-ci ildə ermənilər sarayı tamamilə məhv etsələr də, orada bəzi binaların qalıqları dövrümüzə qədər gəlib çıxıb.
İrəvanda şəhərsalmanın tipik şərq üslubunda, yəni digər Azərbaycan şəhərləri memarlığına uyğun olduğunu xatırladan tədqiqatçı deyib ki, miniatürlər sarayların, saray əyanlarının və digər mənsəb sahiblərinin evlərinin daxili tərtibatında istifadə edilirdi:
“XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf edib. Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti və miniatür boyakarlığının və memarlığının ən qüdrətli mərkəzinə çevrilib. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türküstan, Orta Asiya və başqa Şərq ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma nüsxələrini hazırlayır, evlərin və sarayların hündür divarlarını miniatürlərlə bəzəyirdilər. Bu sənət növünün tətbiqi Azərbaycanın İrəvan şəhərindən də vaz keçməyib”.
F.İsmayılov qeyd edib ki, bina qalıqlarından biri İrəvan şəhərinin Anrapetyan küçəsində aşkar edilib. Bu evdə 1918-1920-ci illərdə İran Konsulluğu yerləşirdi.
Bu binada 1923-cü ildə Ermənistan Yardım Komitəsi, 1930-cu ildə Ermənistan Kommunist partiyasının gecə məktəbi, 1964-cü ildə Ermənistan Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyəti yerləşib:
“Aldığımız bilgiyə görə, binanın yalnız bir otağında Azərbaycanın miniatür sənətinə aid rəsmlər qalıb. Ermənilər bu rəsmlərin fars mədəniyyətinə aid olduğunu iddia edirlər. Lakin bu miniatür sənətinin Azərbaycana aid olmasının heç bir isbata ehtiyacı yoxdur”.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












