İşğaldan azad edilmiş ərazilərə keçmək təhlükəlidir - VİDEO

Ötən dövr ərzində 1321 nəfər qanunsuz olaraq işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Çünki minalanmış ərazilər real can itkisi deməkdir. Hətta ölüm hallarının baş verdiyi hadisələrə görə barələrində cinayət işi başlananlar və həbs edilənlər də var.
Hələ də işağaldan azad edilmiş ərazilərə qanunsuz şəkildə keçəməyə çalışanlara rast gəlinir.
Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyevin sözlərinə görə, ötən dövr ərzində 1321 nəfər qanunsuz olaraq işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib. Həmin şəxslər müəyyən edilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb. Ölüm hallarının baş verdiyi hadisələrə görə isə cinayət işi də başladılıb.
Elşad Hacıyev bildirib ki, azad edilmiş ərazilərə qanunsuz keçənlər əsasən ata-baba yurdlarını və yaxınlarının məzarlarını görmək niyyətində olduqlarını deyiblər. Şöbə rəisi vurğulayıb ki, əvvəlki təmas xəttinin uzunluğu 246 kilometrdir. Minalar pərakəndə şəkildə döşənib və xəritələr də Azərbaycana verilməyib. Bu səbəbdən də həmin ərazilərə qanunsuz keçmək təhlükəli və qadağandır.
Qeyd edək ki, azad edilmiş ərazilərə qanunsuz keçmək İnzibati Xətalar Məcəlləsinin 535-ci, polis işçisinin və hərbi qulluqçunun qanuni tələbinə tabe olmamaq maddəsinə uyğun olaraq inzibati xəta tərkibi yaradır. Bu maddənin tələbini pozanlar üçün 200 manat miqdarında cərimə, eləcə də onun şəxsiyyəti nəzərə alınmaqla 1 aya qədər inzibati qaydada həbs nəzərdə tutulub.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











