“İskəndər” raketinin düşdüyü yerdən - Video

REAL TV-nin rəhbəri Mirşahin Ağayev Şuşada “İskəndər” raketinin düşdüyü ərazidə olub. Televiziya rəhbəri Şuşada ANAMA nümayəndəsi Qadir Namazəliyevlə söhbətləşib.
Q. Namazəliyev bildirib ki, ANAMA yanvar ayından Şuşa şəhərində və ətraf ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını həyata keçirir:
“Bu təmizlənmə əməliyyatları ilk öncə şəhərin içərisində davam etdirildi. Martın 15-də hazırda dayandığımız ərazidə maraqlı bir detala rast gəldik. Hansı ki həmin detalla rastlaşmamışdıq. Araşdırandan sonra məlum oldu ki, bu hansısa raketin hissəsidir. Ancaq baxış zamanı biz onda hansısa yazı aşkar edə bilmədik. Yazı olmadan da heç bir rəy söyləmək olmur. Bundan sonra biz yenə əməliyyatlarımızı davam etdirdik. Daha sonra şəhərin digər hissəsində əlavə olaraq həmin detaldan aşkarladıq. Yenə də bu bizə heç nə vermədi. Üstündən 2-3 gün keçəndən sonra biz həmin detalın quyruq hissəsini aşkarladıq. Quyruq hissəsində qeydlər və yazılar var idi. Həmin yazılarda da 9M723 yazısı var idi. Araşdıranda sonra məlum oldu ki, bu “İskəndər” raketidir. Beləliklə, bu raketin Şuşa şəhərinə düşməsi rəsmən təsdiqləndi”.
Daha sonra M. Ağayev ANAMA nümayəndəsiylə birgə hadisənin baş verdiyi 2-ci və 3-cü ocaqlara həmçinin partlayış baş verən əraziyə da baş çəkib. Q. Namazəliyev bildirib ki, “İskəndər” kompleksində iki raket olur. Onlardan biri atıldıqdan sonra 1 dəqiqə sonra ikincisi start götürür: “ Biz də Şuşa şəhərində iki gövdə tapmışıq. İkinci quyruq və ikinci krater hələ aşkarlanmayıb. Ancaq axtarışlarımız davam edir”. (“Qafqazinfo”)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












