İsmayıllı-Qəbələ yolunu sel basıb, evlərə su dolub - FOTO

İsmayıllı rayonuna yağan leysan fəsadlar törədib. Bir neçə saat davam edən leysan yağışından sonra dağlardan gələn sel suları rayonun Qurbanəfəndi kəndində və Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb. Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün avtomobil yolunu 100 metr məsafədə sel basıb. Sel sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bir müddət bağlanmasına səbəb olub. Nəticədə Bakı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel suları bəzi avtomobillərin içərisinə dolub. İsmayıllı rayon yol-istismar idarəsinin texnikaları əraziyə cəlb olunub, yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün işlər görülür.
Rayonun Qurbanəfəndi kəndi ərazisindən keçən Qaraçay çayının daşması nəticəsində bir neçə fərdi yaşayış evini və bir istirahət mərkəzini, oradakı kottecləri su basıb, vətəndaşlara məxsus 40-a yaxın qoyun tələf olub, ev quşlarını sel aparıb. (APA)




"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










