İsmayıllıda şəhid bulağının açılışı oldu - FOTO - VİDEO - VİDEO

Bu gün İsmayıllı rayonunun Qalacıq kəndində, şəhid Taryel Bayram oğlu Xanadanovun xatirəsinə inşa edilmiş bulağın açılışı olub.
Avtosfer.az xəbər verir ki, açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimayyət və media nümayəndələri iştirak edib. Mərasimdə Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirilib, qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, əsgər kimi igid oğullarımızın sayəsində “Zəfər Günü” tarixə yazılıb. Qələbə sevincini yaşadan şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Şəhidin qardaşı göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqını bildirib.
Allah şəhidimizə rəhmət eləsin!
Şəfa
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI

















