İsmayıllının təhsil uğurları davam edir - FOTO

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı "Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi şəhər 3 saylı məktəb-liseyinin məzunu Nilufər Qəhrəmanova ilə görüşüb. Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş təqdimat Təhsil Nazirliyinin, Heydər Əliyev Fondunun, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə reallaşdırdığı layihə olub. Rayon rəhbəri Təhsil Nazirliyinin imzaladığı diplomu, qiymətli hədiyyəni qalibə təqdim edərək qazandığı uğur münasibətilə təbrik edib.
Nilufər Qəhrəmanova dövlətimizin gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Bundan əlavə, rayonun 5 abituriyenti Respublika Fənn Olimpiadalarında qalib olduqları üçün ölkəmizin ali məktəblərinə ixtisasları üzrə qəbul olunub.
Həmçinin, 2019-2020-ci tədris ilində İsmayıllıdan olan məzunlar xaricdə təhsil almaq hüququ qazanıb. Rusiya Federasiyasının müxtəlif ali təhsil məssisələrinə 9 abituriyent qəbul olub. Onlardan bir nəfər İsmayıllı şəhər 1 nömrəli, 8-i Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin məzunlarıdır.
Qeyd edək ki, Türkiyə universitetlərinə də sənəd verən məzunlar var. Onların da tezliklə tələbə adı qazanacağına inanırıq.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
















