İsraillə Mərmərə dənizi üzərindən marşrutlar barədə danışıqlar aparırıq - Departament direktoru

Azərbaycan İsraillə bərə marşrutlarından istifadə edərək Mərmərə dənizi üzərindən avtomobil nəqliyyatı ilə daşımaların (TIR) təşkili barədə danışıqlar aparır.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük Daşımaları Departamentinin direktoru Sübhan Əbilov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
O vurğulayıb ki, AYNA-nın qarşısında strateji vəzifələr durur və onların arasında milli daşıyıcıların beynəlxalq bazarda payının artırılması və nəqliyyat marşrutlarının coğrafiyasının genişləndirilməsi yer alır.
"Nəqliyyat coğrafiyamızın genişlənməsi keçən il Çin və Pakistanla imzalanmış yeni sazişlər, həmçinin daşımalar üçün icazə planlarının razılaşdırılması sayəsində mümkün olub. Bu gün Azərbaycanın daşıyıcı şirkətləri artıq 51 ölkədə fəaliyyət göstərir. Bu istiqamətdə iş davam edir - xüsusilə İsraillə TIR daşımaları üçün Mərmərə dənizi üzərindən bərə marşrutlarından istifadə barədə danışıqlar aparılır. Bununla da daşımalarımızın coğrafiyası ardıcıl surətdə genişlənir", - S.Əbilov qeyd edib.
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO












