İstanbuldakı atışmada ölənlərin kimliyi məlum oldu - FOTO - VİDEO - YENİLƏNİB

İstanbulda baş verən atışmada ölən şəxslərin kimliyi məlum olub.
“Haber Türk” məlumat verir ki, Gürcüstandan və Rusiya Federasiyasının Çeçenistan Respublikasından olan vətəndaşlar arasında baş verən atışmada ölənlər çeçen mənşəli Rusiya vətəndaşı Rahim Rahimli və Həsən Yusufovdur.
12:32
İstanbulun Başakşehir rayonunda silahlı qruplar arasında baş verən atışma nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
Report xəbər verir ki, məlumatı yerli KİV yayıb.
Bildirilib ki, ölənlərdən biri Azərbaycan, ikisi isə Rusiya vətəndaşıdır. Yaralanan isə suriyalıdır.
Məlumata görə, Başakşehir rayonun Bahçeşehir hissəsində martın 31-də yerli vaxtla saat 18 radələrində 6 xarici ölkə vətəndaşı arasında baş verən mübahisə sonradan atışma ilə nəticələnib. Sonucda Rusiya vətəndaşları olan çeçen Z.N. və K.Y. güllə yarasından ölüblər. Azərbaycan əsilli R.R. yaralanıb. O, xəstəxanaya çatdırılsa da, orada aldığı yaradan ölüb. M.Y. adlı suriyalının isə vəziyyəti ağırdır.
Bildirilib ki, hadisə alış-verişlə bağlı mübahisədən sonra baş verib. Yaralı suriyalı bildirib ki, onun birlikdə Gürcüstanın 3 vətəndaşı da olub. Ancaq onlar hadisə yerindən qaçıblar. Polis həmin şübhəliləri axtarır.
Bölgədəki sakinlər hadisəni telefonla çəkiblər.


İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












