İstismarına 30 il zəmanət verilmiş yol 3 ilə sıradan çıxdı - VİDEO

Bakı-Quba yolunun Siyəzən rayonu hissəsindən paytaxt Bakı istiqamətinə gedən beton yol yararsız vəziyyətə düşüb. Hətta elə bir vəziyyət yaranıb ki, sürücülər yolun sağ zolağından istifadə etmirlər. Halbuki bu yol salınan zaman dözümlülüyünə 30 il zəmanət verilmişdi.
Beton yol 2008-ci ildə salınan zaman dözümlülüyünə 30 illik zəmanət verilsədə, heç 3 il keçməmiş yolun bir hissəsi bərbad vəziyyətə düşdü. Bundan da ən çox əziyyət çəkən sürücülərdir.
Bakı-Quba yolundan istifadə edən sürücülər paytaxt istiqamətinə hərəkət edən zaman yolda problemlə qarşılaşırlar. Yolun sağ hərəkət zolaqları demək olar ki, yarasız vəziyyətə düşüb. Zaman-zaman həmin hissələrdə təmir işləri aparılmasına baxmayaraq, yolda problem hələ də qalmaqdadır.
Sürücülərin sözlərinə görə, bu yoldan istifadə etmək onları əlavə xərcə salmaqla yanaşı, həm də vaxt itkisinə səbəb olur.
Avtomobil Yolları Dövlət Agentliyinin matbuat katibi Anar Nəcəfli yolun bu vəziyyətə düşməsinə səbəb kimi magistraldan istifadə edən yük avtomobillərinin normadan artıq yük daşımasını göstərir. Ancaq yolun yararsız vəziyyətə düşməsinə tək bu amil səbəb olmayıb.
Anar Nəcəfli bildirib ki, problemin həll olunması üçün tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq mərhələli şəkildə yolun yararsız vəziyyətə düşən hissələrində yenidənqurma-bərpa işləri aparılacaq. Artıq bəzi hissələrdə işlər görülüb.
Qurum rəsmisi onu da qeyd edib ki, şimal istiqamətinə çəkilən ödənişli yol tam istifadəyə verildikdən sonra Bakı-Quba yolunun beton hissəsinin bərpası tam təmin ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












