İyulda 168 partlamamış hərbi sursat zərərsizləşdirilib - FOTO

2020-ci ilin iyul ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, Qazax, Şabran, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 729 711 m² (72,97 ha) ərazi yoxlanılıb, 168 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (cəmi: 171 ədəd) və 9 849 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-dan verilən məlumata görə, əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 115 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.
İyul ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 6 (altı), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 62 (altmış iki), Dövlət Sərhəd Xidmətindən (DSX) - 4 (dörd), Rayon Polis şöbələrindən (RPŞ) - 3 (üç) müraciət daxil olmuşdur (cəmi: 75 çağırış). Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 68 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Qazax, Şabran, Tovuz rayonları, Bakı, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 15 267 m² ərazi yoxlanılmış, 85 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (cəmi: 88 ədəd) və 9 849 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 545 516 393 m² (54 551,64 ha) ərazi təmizlənib, 807 985 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.




















"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










