Jirinovski azərbaycanlı “avtoş”un törətdiyi qəzadan danışdı

Şənbə gününə keçən gecə Kutuzov prospektində növbəti dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Şahidlərin sözlərinə görə, “BMW M5” markalı avtomobil 200 km/sürətlə “Hyundai” markalı avtomobil ilə toqquşub. İdman avtomobili alışıb. Maşından 21 yaşlı qızı çıxarıblar. İndi o komadadır. “BMW M5”-də olan daha üç nəfər həlak olub. Eləcə də taksi sürücüsü və onun sərnişini ölüb.
Baş verən hadisə ilə əlaqədar RLDP rəhbəri Vladimir Jirinovski Dövlət Dumasında sürəti sevənlər üçün yeni yolun açılmasını təklif edib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda partiyanən saytında məlumat verilib. “Kutuzovskdakı dəhşətli qəza. Yenə də dəlisov sürət. Yanında qız oturub, ona necə maşın sürə bildiyini göstərmək istəyib. Vaxtında sürücülük vəsiqəsini almaq lazım olduğunu demək gecdir. Onun vəsiqəsi var, sərxoş deyil, amma yenə də saatda 200 km sürətlə sürəcək. Maşında qız olmasa da Moskvada uça bildiyini sübut etməyə çalışacaq. Nəticə? Moskvada 100 km-dən artıq sürəti qadağan etmək lazımdır. Sürəti aşdığı üçün avtomobili və sürücülük vəsiqəsini almaq lazımdır. Sürəti sevənlər üçün isə şəhərkənarı yol çəkmək lazımdır, qoy 500 ilə sürsünlər” – Jirinovski bildirib.
Qeyd edək ki, 24 yaşlı azərbaycanlı Vaqif Mirzəyev yol nəqliyyat hadisəsi törədib. Gecə saat 3 radələrində “BMW M5” markalı avtomobili ilə saatda 200 km/sürətlə Moskvada avtomobili idarə edib. 24 saylı evin qarşısında şəhər taksisi ilə toqquşub. Zərbədən avtomobil alışıb. Yanğını yalnız hadisə yerinə gələn yanğınsöndürənlər söndürməyə nail olublar. Mirzəyev və onun iki sərnişini həlak olub. Həlak olan oğlanlardan birinin kimliyi hələ də məlum deyil. Taksidə sürücü Koba Canalidze və onun 38 yaşlı sərnişini Svetlana Bokova həlak olub.
Yalnız “BMW M5”-nin arxa oturacağında oturan, bədəninin 50 faizi yanan 21 yaşlı Dərya Dədüra xəstəxanaya çatdırılıb. Həkimlər heç bir proqnoz vermir.
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bu yolda sürət həddi endirildi
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA
Sumqayıtda yolların acınacaqlı vəziyyəti: Sürücülər çuxurlar arasında “savaşır” - VİDEO
Azərbaycanda taksi sürücüləri vahid forma geyinəcək? - AÇIQLAMA
Zəngəzur dəhlizi beynəlxalq münasibətlərdə niyə bu qədər önəmlidir? - Ekspert AÇIQLADI
Karapetyan Ermənistanda hakimiyyətə gəlsə nələr dəyişəcək? – Politoloq AÇIQLADI
Ermənistadakı seçkilərə görə Azərbaycanla münasibətlərdə dəyişiklik ola bilər - SİYASİ ŞƏRHÇİ
Binəqədidə maklerlər böyük zibilxana yaradıb; İcra hərəkətə keçdi - RƏSMİ - VİDEO








