Jurnalistə güzəştli ipoteka verilməməsi ilə bağlı BANKDAN AÇIQLAMA - FOTO - YENİLƏNİB

Məsələ ilə əlaqədar "Kapital Bank"dan sorğumuza cavab olaraq bildirildi ki, müştərinin kredit götürmə qabiliyyəti müvafiq risklər nəzərə alınaraq qiymətləndirilir:
"Müştərinin qiymətləndirilməsinin nəticəsi qeyri-qənaətbəxş olduqda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka portalı vasitəsilə təqdim edilmiş hazır cavab bəndlərinə uyğun olaraq seçim edilir və qiymətləndirmənin nəticəsi barədə müştəriyə ətraflı məlumat təqdim edilir".
***
14.02.2025 - 18:09
***
Son illərdə bank sektorunda vətəndaşlara göstərilən xidmətlər onların böyük bir hissəsini narazı salır. Lakin problemlərlə bağlı banklar tərəfindən hansısa çarələr ortaya qoyulmadığı üçün hələ də ölkə əhalisinin böyük hissəsi banklara etibar etmir. Bağlanan banklara qoyulan depozitlərin daha sonra geri alınmasında da yaranan problemlər əhalidə bu sektora inamsızlığını daha da qızışdırır.
Avtosfer.az xəbər verir ki, bu dəfə banklardan narazı olan şəxs isə “ARB24” televiziyasının əməkdaşıdır.
Belə ki, televiziyanın İdman departamentinin rəhbəri Azər İsmayıl öz sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd edib ki, “Kapital Bank” dövlətin mənim üçün nəzərdə tutduğu güzəştli ipoteka limitini vermir, imtina edir.

“Yəqin “daha uyğun namizəd”ləri var ona görə. Adətən belə olanda bank nümayəndələri yaxınlarına, tanışlarına ötürür limiti. Səbəb olaraq göstərir ki, MKR-də çoxsaylı gecikmələr var. Amma əməkdaşları etiraf edir, sistem də göstərir ki, heç bir gecikmə yoxdur. Qaydalara görə imtina etmək haqqları yoxdur”.

Məsələ ilə əlaqədar “Kapital Bank”la əlaqə saxladıq. Bankdan sorğumuza cavab olaraq bildirildi ki, jurnlaistin qeyd etdiyi probleminlə bağlı şəxsin özünə məlumat verilib. Daha detallı araşdırmaların nəticəsi ilə bağlı yaxın günlərdə açıqlama veriləcək.
Səfər
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












