Jurnalisti maşınla vurub öldürdülər

“Qarabağ” qəzetinin baş redaktor müavini yol qəzasında ölüb. Bu barədə “Ədalət” qəzeti baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlu məlumat verib. Ə.Mədətoğlu deyib ki, iyulun 17-də S.Ağayev Bakının Xətai rayonu ərazisində yolu keçərkən onu maşın vurub. S.Ağayev hadisə yerində ölüb. Xətai Rayon Polis İdarəsindən bildiriblər ki, hadisə Nobel prospekti 15 ünvanında, “Megafun” Əyləncə Mərkəzinin qarşısında qeydə alınıb. Sürücüsü məlum olmayan avtomobil yolu keçən Sarvan Ağayevi vurub. Jurnalist Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb
Artıq jurnalist Sarvan Ağayevi vuran avtomobilin sürücüsü müəyyənləşdirilib. Xətai Rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, jurnalist Bakı şəhər sakini, 24 yaşlı Teymur Məlikovun idarə etdiyi “Hyundai” avtomobili ilə vurulub. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S. Ağayev əvvəllər “Ədalət” qəzetində çalışıb.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












