“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun məlumatına görə, iş üzrə toplanmış ilkin sübutlar əsasında fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Modern.az-a deyib ki, “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər. Söhbət haqqı çatmadığı halda “Jurnalistlər binası”nda mənzillərə sahiblənən şəxslərdən gedir:
“İstintaq davam etdiyinə görə, mən çox geniş açıqlama vermək istəmirəm. Amma, Baş Prokurorluğun yaydığı məlumatlara görə, həbs edilmiş və barəsində dörd ay həbs qətimkan tədbiri seçilmiş Vüqar Səfərlinin rəhbərlik etdiyi qurumun fəaliyyəti tam araşdırılacaq. Əgər mənimsəmə və digər hallardan başqa, həmin binada mənzil almağa hüququ olmayan şəxslərin mənzillə təmin olunduğuna dair fakt qeydə alınsa, bu, istintaq zamanı araşdırılacaq. Belə hallar olarsa, mülkiyyətə dair bağlanmış müqavilə ləğv ediləcək. Mən ümid edirəm ki, daha sonra həmin mənzillər hüququ çatan jurnalistlərə veriləcək”.
Demokrat.az
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO










