Karantin cərimələri üçün ödənən pul hara xərclənir? - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi son günlər polis əməkdaşlarının karantin rejimini bəhanə edərək insanları kütləvi şəkildə cərimələməsi və heç kimə güzəşt etməməsi barədə sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, belə iddiaların heç bir əsası yoxdur, kimlərinsə uydurmasıdır: “Vətəndaşlarımız da yaxşı bilirlər ki, koronavirus pandemiyası ilə əlaqədar bir ildir ki, polis əməkdaşları və Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmət göstərərək virusun yayılmasının qarşısını almaq, vətəndaşları bu yoluxucu xəstəliklərdən qorumaq məqsədilə gecə-gündüz nəzarət tədbirləri həyata keçirirlər. Əminliklə deyə bilərəm ki, vətəndaşların böyük əksəriyyəti karantin rejimindən irəli gələn tələb və qaydalara riayət edir. Bununla belə riayət etmək istəməyənlər də olur ki, onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülür.
Burada məqsəd kimisə cərimələmək yox, yalnız və yalnız insanların sağlamlığını qorumaqdır. Kimsə karantin rejimi qaydasını pozursa, bu zaman təqsirkar polis deyil, məhz həmin şəxsin özüdür. Təsəvvür edin ki, polisin postlarda, küçədə nəzarət qaydasında yoxladığı insanların təxminən 93 faizi icazəli olur. Müvafiq icazəsi olmadan aşkarlanan yeddi faizinin də cəmi 10-20 faizi barədə protokol tərtib edilir. Qalan 80-90 faizinə isə xəbərdarlıq edilərək yaşayış yerinə yola salınır.
Buradan da görünür ki, polisin niyyəti heç də ucdantutma, kütləvi protokol yazmaq deyil, insanların sağlamlıqlarını, təhlükəsizliklərini qorumaq və mühafizə etməkdir.
Onu da bir daha diqqətə çatdırım ki, bu sahədə tətbiq edilən cərimələrdən yığılan vəsait tam olaraq virusa yoluxan vətəndaşların müalicəsinə xərclənir”.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












