Karantin rejimi nə zaman sərtləşdirilə bilər? - AÇIQLAMA

Koronavirusun bugünkü dalğası bu şəkildə davam edərsə, yoluxmalar artarsa, xəstəxanalardakı çarpayıların tükənməsi, eləcə də oksigen aparatlarına tələbatın artması ilə yanaşı, reanimasiyalarda xəstələrə lazım olan köməkliyi edə bilməmək kimi bir təhlükə var qarşımızda. Bu reallığı qəbul etməkdən başqa da bir yolumuz yoxdur. Avtosfer.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat ümidvar olduğunu bildirib ki, zaman çərçivəsində epidemioloji vəziyyət nəzarət altına alınacaq: "Epidemioloji vəziyyətin nəzarət altına alınmasında isə əvvəlcə cəmiyyətin bu hadisələrə kütləvi şəkildə olan reaksiyası vacibdir, çünki bu reaksiya olmadan, cəmiyyət kütləvi şəkildə epidemioloji vəziyyətin diqtə etdiyi 3 preventiv tədbiri tətbiq etmədiyi müddət içərisində dövlətin görmüş olduğu bütün işlərə baxmayaraq, nəticə almaq qeyri-mümkündür.
İkincisi, dövlət sadəcə yoluxma rəqəmlərinə baxaraq deyil, həm də ölkədəki bir çox faktorları nəzərə alaraq gələcəkdə qapanmalar haqqında qərar verə bilər. Bunlar nədir? İnsan resursları, xüsusən, səhiyyə sahəsində, xəstəxanalardakı resurslar və eləcə də ölkədəki ümumi vəziyyətdə bir çox parametrlər aidiyyəti qrumlar tərəfindən analiz olunaraq gələcəkdə cəmiyyət üçün, xüsusən xəstələnən və yoluxan insanlar üçün, onların müalicəsinin təşkili üçün təhlükə ortaya çıxdığı anda əlbəttə ki, karantin rejiminin sərtləşməsi qaçılmaz ola bilər. Amma ötən bir ilin təcrübəsi göstərdi ki, məcbur qalmadıqca heç bir ölkə sərt karantin rejiminə getmək istəmir, çünki bunun faydadan çox zərəri olduğu hamıya məlumdur".
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











