Karantin rejiminin müddətinin uzadılması ilə bağlı əcnəbilərə müraciət edildi

Dövlət Miqrasiya Xidməti xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əcnəbilərə müraciət edib.
Xidmətdən verilən məlumata görə, Nazirlər Kabinetinin 28 sentyabr 2020-ci il tarixli, 359 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb: "Əcnəbilərin nəzərinə çatdırırıq ki, Dövlət Miqrasiya Xidmətinin göstərdiyi bütün xidmətlərlə bağlı müraciətlərin qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda regional miqrasiya idarələrində (Xaçmaz, Yevlax, Ağsu, Lənkəran, Şirvan regional miqrasiya idarələrində), həmçinin www.migration.gov.az saytı üzərindən elektron qaydada həyata keçirilir. Müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur".
Mərkəzdən qeyd edilib ki, karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (3 və 4, 10 və 11, 17 və 18, 24, 25 və 31 oktyabr və 1 noyabr 2020-ci il tarixlərində) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər. Əlavə məlumat üçün Xidmətin (012) 919 Çağrı Mərkəzinə zəng etmək mümkündür.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












