Karantin tədbirlərinə hazır olmalıyıq - AÇIQLAMA

Qonşu ölkələrdə "Delta" ştammının təsdiqləndiyini nəzərə alaraq, müəyyən karantin tədbirlərinə hazır olmalıyıq.
Avtosfer.az xəbər verir ki, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib.
Onun sözlərinə görə, "Alfa" ştammı ilə müqayisədə "Delta" 1,85 dəfə daha yoluxucu hesab edilir: "Delta" ştammı "Sars-Cov-2"nin çoxsaylı mutasiyalarından biridir. Burada P-681R mutasiyası baş verir. Bu zaman səthdə olan tikanlı zülalın, buna S zülalı da deyilir, bir fraqmenti dəyişikliyə uğrayır və virus daha yoluxucu xarakter alır. Xəstəliyin gizli dövrü 3 günə qədərdir. Ona görə daha tez aşkar olunur. Əsas əlamətlərdən bir halsızlıq, yüksək temperatur, miqren tipində baş ağrıları, boğaz ağrıları, öskürək və rinitdir".
Ekspert, həmçinin bildirib ki, dünyada dördüncü bir dalğanın qarşısının alınması üçün xeyli işlər görülür: "ÜST-ün təsdiqlədiyi vaksinlər "Delta"ya qarşı öz həssaslığını saxlayır. Əgər epidemioloji vəziyyət pisləşərsə, bu vaksinklərin hətta üçüncü dozasının vurulması ehtimalı da nəzərə alına bilər. Həmçinin, karantin qaydalarının sərtləşdirilməsi də vəziyyətdən asılı olacaq. Artıq Azərbaycanla qonşu olan ölkələrdə də bu ştamm tapılıb. Hesab edirəm ki, bunu nəzərə almalı və müəyyən karantin tədbirlərinə hazır olmalıyıq. Təəssüflər olsun ki, bu gün əhali arasında sanki karantinin bitdiyi düşüncəsi var. Restoranlarda, ayrı-ayrı yerlərdə biz bunu müşahidə edirik. Əlbəttə, bu, yolverilməzdir. Pandemiyanın davam etdiyini unutmamalı və baş verə biləcək problemlərin qarşısını almalıyıq".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












