Karantini pozanlar məcburi təcrid olunacaqlar

Türkiyə Daxili İşlər Nazirliyi koronavirus diaqnozu qoyulmuş, lakin təcrid şərtlərinə riayət etməyərək təhlükə yaradan şəxslərlə bağlı 81 vilayət valiliyinə təlimat göndərib.
Təlimatda nəzarət olunan sosial həyat dövründə koronavirus epidemiyasına qarşı mübarizənin effektiv şəkildə davam etdirilməsi üçün görülən tədbirlərə və müəyyən edilmiş qaydalara riayət etməyin vacibliyi qeyd olunub. Bildirilib ki, evdə izolyasiya şərtlərini pozan koronavirusa yoluxmuş şəxslər yataqxanalarda və qonaqlama evlərində məcburi karantinə alınacaqlar. Yataqxanaların təhlükəsizliyi yerli inzibati orqanın nəzarəti altında fasiləsiz olaraq təmin ediləcək və bunun üçün kifayət qədər işçi heyəti ayrılacaq.
"Evlərində təcrid edilməli olduqları müddətdə bu qaydanı pozanlar barəsində Cinayət Məcəlləsinin 195-ci maddəsinə əsasən cinayət işi açılacaq. Bu şəxslər yataqxanalara köçürüləcək və məcburi şəkildə təcrid olunacaq",-deyə DİN açıqlamasında bildirib. (qafqazinfo)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












