Kəlbəcər rayonunda bütün yollar qar və buzdan təmizlənir - VİDEO

Kəlbəcər rayonu gözəl olduğu qədər çətin relyefi, əsasən dağlıq ərazilərdən ibarət olduğundan burda qış həm də çox sərt keçir. Çovğun və külək nəticəsində, təmizlənmiş yollar qısa müddətdə yenidən qarla örtülür.
Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) rayon ərazisində çətin iqlim şərtlərinə baxmayaraq dayanmadan və usanmadan xidmətini davam etdirir.
Agentlikdən Avtosfer.az-a verilən xəbərə görə, Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün yolların qardan və buzdan təmizlənməsi istiqamətində bir an belə fasilə olmadan işlər aparılır.
“Yüzlərlə kilometr uzunluğa malik yolların qardan və buzdan təmizlənməsi işlərini tənzimləmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kəlbəcər rayonunda qərargah və 21 istiqamətdə dayaq məntəqələri yaradılıb. Qərargah və dayaq məntəqələri sərt iqlimə uyğun lazımi avadanlıqlarla təchiz edilib, ərzaq, yanacaq-sürtkü, duz-qum ehtiyatları ilə təmin olunub.
Bundan başqa maşın-mexanizm və texnikaların fasiləsiz xidmətini, işçilərin isinməsi və istirahəti təşkil etmək üçün xüsusi xidməti sahələr və yaşayış düşərgələri də yaradılıb. Yetəri qədər yemək və içməli su ehtiyatı görülüb, işçilərə isti geyimlər verilib. Bərabər olaraq bütün işçilərin ezamiyyə xərcləri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin diqqət mərkəzindədir.
Qarın kürənməsi, yolların qar uçqunundan təmizlənməsi işlərinin aparılması üçün əraziyə 100-ə yaxın maşın-mexanizm və texnika təhkim olunub, xidməti qrup yaradılıb. Xidməti qrupun tərkibində çalışan çilingər ustaları, mexaniklər tərəfindən təmirə ehtiyacı olan maşın-mexanizmlərə texniki servis işləri yerindəcə aparılır, rezin təkərli mexanizmlər zəncirlərlə təmin edilir. Maşın-mexanizm və texnikaların, həmçinin xidməti sahələr və yaşayış düşərgələrində olan işıq generatorların fasiləsiz çalışması üçün ərazilərə yanacaq daşıyan maşınlar təhkim edilib.
Kəlbəcər rayonu ərazisində yerləşən və rayona gələn bütün yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fasiləsiz nəzarəti altında saxlanılır. Lazım olduqca yolların qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülməklə avtonəqliyyat vasitələrinin normal, təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur və olunmağa davam etdiriləcək”, - qeyd olunub.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










