"Kənd Təsərrüfatı Nazirliyi niyə Bakıda olmalıdır?" - Deputatdan tıxaclarla bağlı TƏKLİF

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində mövcud olan ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris prosesi distant formada təşkil olunacaq. Həmçinin, Bakıda metroda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat sıxlığının artması da paytaxt sakinlərinin gündəlik gediş-gəlişinə mənfi təsir göstərir. Əbəs deyil ki, bu gündən etibarən distant təhsilə müvəqqəti keçid belə, yollarda sıxlığın azalması ilə nəticələnib.
Bəs, tıxacın əsas səbəblərindən biri həqiqətən də universitetlərdirmi? Belə olan halda, ali təhsil müəssisələrinin regionlara köçülürməsi real görünürmü?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, tıxacın yaranmasının çoxlu səbəbləri var:

"Səbəblərdən biri universitetlərlə yanaşı, nazirliklərdir. Bunların əksəriyyəti Bakı şəhərində yerləşir. Ona görə də düşünürəm ki, universitetlərin və nazirliklərin böyük bir hissəsi Bakıdan kənarda yerləşməlidir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi niyə paytaxta olmalıdır? Həmçinin, istənilən nazirlik şəhərdən kənara köçürülə bilər. Lakin universitetlər köçürülsə, yəni, yeni nəsil paytaxtdan kənarda təhsil alsa, onlara da şərait yaradılmalıdır".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












