Kərimdən “avtoş” xəbərinə MÜNASİBƏT

Müğənni Kərim Abbasov ötən gün mediada haqqında “avtoş”luq etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, sənətçi avtomobil sürərkən çəkilən görüntülərin iki il bundan əvvəl lentə alındığını bildirib:
“Bu video iki il əvvəl “Facebook” səhifəmə yerləşdirilib. İkincisi də, Bakıda yox, Gürcüstanda çəkilib. Sürətlə sürmək “avtoş”luq deyil. Bu, sürət həddini aşmaq deməkdir. “Avtoş” olsaydım, indi polis tərəfindən cəzalandırılmışdım”.
Müğənni haqqında bu cür məlumatların yayılmasında jurnalistləri günahlandırıb:
“Toylarda oxumaq ayıb deyil. Bununla qürurlanıram. Halal zəhmətimlə qazanıram. Bəzi jurnalistlər kimi kiməsə şər-böhtan atıb, evini yıxmıram. Sizi də qınamıram... Jurnalistikanı bitirib bu sənətə gəlsəydiniz, belə olmazdı. Ərindən boşanan, evindən qaçan, çilingər işləyən, bankda kredit şöbəsində çalışana kimi hamı jurnalistikaya gəlib. Sizin boş-boş yazmağınız bu dəfə də alınmadı. Sözlərim ünvanlıdır”.
Xatırladaq ki, avtomobilini saatda 210 km sürətlə idarə edərkən çəkilmiş videosunu sosial şəbəkədə paylaşan K.Abbasov “Ulduz oldun, belədir. 200-lə getmək lazımdır” sözlərini yazmışdı.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












