Kiberdələduzluq hallarına qarşı tədbirlər keçirilib - FOTO

Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq hallarına qarşı tədbirlər təşkil olunub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin, ödəmə terminallarının və bankomatların yaxınlığında vətəndaşların kibermaarifləndirilməsi məqsədilə məlumatverici lövhələr asılıb.
Lövhələrdə kiberdələduzluqla məşğul olan şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumatlar yerləşdirilib.
Bundan əlavə, polis əməkdaşları maarifləndirici söhbətlər zamanı vətəndaşlara kibertəhlükəsizlik qaydaları ilə bağlı tövsiyələr verib, bank və şəxsi məlumatların qarşı tərəfə təqdim olunmasının yolverilməzliyini diqqətə çatdırıblar. Vətəndaşlara bu mövzuda ayıq-sayıq olmaq, kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələri tövsiyə edilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
















