Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən illik texniki baxış cədvəlinə uyğun olaraq kiçikhəcmli gəmilərə texniki baxış keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı media subyektlərinin nümayəndələri Xəzər dənizinin Abşeron rayonu, Novxanı qəsəbəsindəki sahilində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən keçirilən kiçikhəcmli gəmilərə texniki baxış prosesi ilə tanış olublar.
Texniki baxışla bağlı media mənsublarına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili məlumat verib.
Bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən illik texniki baxış cədvəlinə uyğun olaraq kiçikhəcmli gəmilərə texniki baxış keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd kiçikhəcmli gəmilərin üzmə vəziyyətinin qiymətləndirilməsidir. Baxış zamanı gəmilərin gövdəsi, mühərriklərin işləmə prinsipi, sükan qurğusu, manevr elementləri, həmçinin yangından mühafizə və xilasetmə avadanlıqları yoxlanılır. Həmin su nəqliyyatı vasitələrini qeyd olunmuş tələblərə uyğun texniki baxışa təqdim etmiş kiçikhəcmli gəmi isifadəçilərinə üzməyə yararlılıq barədə texniki talon təqdim edilir.
Cari il ərzində indiyə qədər Xidmətə texniki baxışın keçirilməsi üçün 797 kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən 768 su nəqliyyat vasitəsinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub. Tələblərə cavab verməyən 29 qayığın isə istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib.
Hazırda FHN tərəfindən kiçikhəcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi davam etdirilir.
Xidmətin şöbə rəisi media vasitəsilə kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək diqqətə çatdırıb ki, dövlət qeydiyyatına alınmadan, texniki baxışdan keçmədən və xüsusən mühərrikli kiçikhəcmli gəmiləri idarə etmək hüququ üçün sürücülük vəsiqəsi olmadan həmin nəqliyyat vasutələrinin istismarı qanunvericiliklə qadağandır. Bu hal inzibati məsuliyyət yaradır. Əgər bu kimi hallar aşkar olunarsa, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sözügedən gəmi istifadəçiləri barəsində inzibati protokollar tərtib edilir.
Texniki baxış yekunlaşdıqdan sonra sözügedən nəqliyyat vasitələrinin sürücüləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları, sözügedən gəmilərin təchizat avadanlıqlarının norma və tələbləri ilə bağlı bir daha maarifləndiriliblər.
Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA
Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq
Sürücüsüz avtobus və qatarlar Azərbaycanda necə tətbiq olunacaq? – EKSPERT
Nağd pula qayıdış başlayır: Yeni limitlər kimlərə təsir edəcək? -AÇIQLAMA
Mərdəkan qalasının bərpası niyə başa çatmır? – Memar DANIŞDI
Ukraynanın nəqliyyat təcrübəsi Azərbaycana nə qazandıra bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Çindən sonra daha bir ölkə elektron qapı tutacaqlarını məhdudlaşdırır – RƏSMİ
Azərbaycanda İLK: Sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
Bakıda 11 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur - YENİLƏNİB - SİYAHI - FOTO
Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır – AÇIQLAMA























