“Koçaryan hakimiyyətə gəlsə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”

“Qarabağ nizamlanmasında vəziyyət eks-prezident Robert Koçaryanın hakimiyyətə gəlməsi halında dəyişə bilər. Lakin Moskva hazırkı durumun qorunub saxlanılmasında maraqlıdır”.
Bunu “Avrasiya inkişafı” Ekspert Mərkəzinin icraçı direktoru Stanislav Pritçin Bakıda bildirib.
Onun sözlərinə görə, əgər bir neçə ay əvvəl bütün sosial sorğular hazırkı Baş nazir Nikol Paşinyanın birmənalı qələbə qazanacağını göstərirdisə, indi aydın olur ki, eks-prezident Robert Koçaryana da dəstək var. “Aydındır ki, hər şey seçkilər nəticəsində məlum olacaq, lakin R. Koşaryanın da şansı var. Və onda Qarabağ nizamlanması məsələsində tamamilə başqa situasiya yaranacaq.
Lakin bütün hallarda Rusiyanın vasitəçiliyi və Rusiya sülhməramlı kontingenti öz müsbət rolunu oynayacaq, çünki hazırkı vəziyyətin qorunub saxlanılmasında maraqlıdır”, - deyə ekspert qeyd edib. (APA)
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












