Köhnə problemlər başladı - VİDEO

Qarın əriməsindən artıq iki gün keçib, amma fəsadlar qalmaqdadır. Kənd Əhmədlidə yaranan gölü buna misal göstərmək olar. Avtosfer.az anspress-ə istinadən məlumatına görə, Əhmədlidə maşınların və piyadaların istifadə etdiyi yolla baxanda yoldan əsər-əlamət belə görünmür. Yağan qar nəticəsində yığılıb qalan su bu mənzərəni yaradıb. Maşını suda batan kim, avtomobilinin dövlət qeydiyyat nömrəsini axtaran kim. Su çox olduğundan, hətta iri maşınlar da yolu güclə keçirdilər. Bu zaman sərnişin avtobusu da suya təslim oldu. Su o qədər çox idi ki, hətta avtobusun içərisinə qədər dolmuşdu. Biz isə başqa bir maşınla həmin avtobusun yanına yaxınlaşdıq. Qəsəbə sakinləri deyirlər ki, bu halla birinci dəfə deyil ki, qarşılaşırlar. İldə ən azı bir dəfə bu mənzərənin şahidi olurlar. Bununla bağlı müvafiq qurumların qapısını döysələr də heç bir xeyri olmayıb. Xətai Rayon İcra Hakimiyyətindən bildirdilər ki, sözügedən ərazidə yol təzə təmir olunub. Ərazidə drenaj sistemi olmadığından yolda hər dəfə belə bir mənzərə yaranır. Amma sabah texnika əraziyə göndəriləcək və su ərazidən çəkiləcək.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












