Könüllülər döyüşə getmək üçün ayağa qalxdılar

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri cəbhənin Füzuli rayonu istiqamətində uçuşlar həyata keçirir. Helikopterlər bu gün səhər saatlarından uçuşlara başlayıb. Helokopterlər bütün istiqamətlərdə təmas xəttinə nəzarət edir. Məsələ ilə əlaqədar Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-ə bildirdilər ki, Azərbaycanın Hərbi Hava Qüvvələri Aviasiyası Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca döyüş planına uyğun olaraq planlı şəkildə uçuşlar həyata keçirir. Bundan başqa, rayonda döyüş əhval ruhiyyəsi hökm sürür. Bir çox sakin rayondakı səfərbərlik və hərbi xidmətə çağırış üzrə xidmətin rayon şöbəsinin qarşısına gedərək könüllü sürətdə cəbhəyə getmək istədiklərini bildiriblər. Müraciət edənlər arasında 1992-1994-cü illərdə Füzulinin özünümüdafiə taborlarında döyüşənlər, keçmiş zabitlərlə yanaşı, gənclər, hərbi xidməti bir neçə il əvvəl başa vurmuş şəxslər də var.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












