Koronavirus adi qripi sıradan çıxarıb - Baş infeksionist

COVID-19 virusu pandemiya elan ediləndən sonra adi qripə yoluxma hallarına demək olar ki, təsadüf edilmir. Məsələ ilə bağlı açıqlama verən Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, qrip virusuna yoluxma adətən yaz-payız fəsillərində olur: “COVID-19 virusunun Azrbaycanda yayılması elə vaxta düşdü ki, qripin son yayılma dövrü idi. Ondan sonra izolyasiya tədbirləri tətbiq edildi. Və demək olar ki, bundan sonra qripə yoluxmaya təsadüf olunmadı”.
C.İsayev qripə yoluxma hallarının olmamasını mövsümlə əlaqələndirib: “Praktika göstərir ki, 2 viral infeksiyaya eyni anda təsadüf olunanda, adətən biri digərinin üzərində dominantlıq edir. Bu ehtimal da var, amma hələlik bu araşdırılmayıb”.
Baş infeksionist bildirib ki, payızda qripə yoluxmanın artma ehtimalı yüksəkdir: “Qarşıdakı aylarda qripin yayılması ehtimalı çoxdur. Bununla yanaşı, COVID-19-a yoluxmanın artma ehtimalı da getdikcə yüksəlir. İki virusun yanaşı olması isə xəstəliyin ağır gedişlə müşahidə edilməsinə gətirib çıxara bilər”.
C.İsayev həmçinin deyib ki, koronavirus adi bir respirator virus infeksiyasının növü olduğundan gələcəkdə mövsümi xəstəliklər sırasına qoşulacaq: “Mövsümi respirator virus infeksiyalarının, təxminən, 9 faizə qədəri koronavirusun 4 növünün payına düşür. Təbii ki, insanlarda immunitet yarandıqdan sonra COVID-19 da onların sıralarına qoşulacaq”. (Modern.az)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












