"Koronavirus əvvəlki simptomlarını nisbətən itirib"

Koronavirus özünün əvvəlki simptomlarını nisbətən itirib, onun ağırlaşmaları getdikcə itir. Bunu koronaviruslu xəstələri müalicə edən həkim Elnur Eldaroğlu deyib.
Onun sözlərinə görə, əvvələr xəstələrdə daha çox nəfəs darlığı, boğaz qıcıqlanması və davamlı spazmlı öskürəklər müşahidə edilirdisə, indi bu hallara çox az və daha yüngül formada rast gəlinir.
E.Eldaroğlu qeyd edib ki, pnevmoniyası olan koronavirus xəstələri əvvələr 2-4 həftəyə müalicə olunduğu halda, indi belə xəstələri 7-10 günə müalicə etmək mümkündür:
"Sağalan xəstələrə elə gəlir ki, onların ağciyərləri həmişə "patoloji" vəziyyətdə qalacaq, xəstəlik keçirən ağciyərlər heç vaxt tam düzəlməyəcək. Bu fikir tam yanlışdır. Digər bakterial və virus pnevmoniyası xəstəliyindən sağalan xəstələr normal həyatlarına necə qayıdırlarsa, bu pasiyentlərdə də vəziyyət belədir. Təşvişə səbəb yoxdur".
Xəstələrə bronx yollarını gücləndirən, öskürəyi kəsən və ağciyərlərin reabilitasiyasına kömək edən təbii məhsulların qəbulunu da məsləhət görən E.Eldaroğlu qeyd edib ki, keçibuynuzu meyvəsinin dəmləməsi və bronxial məcun hər gündə iki dəfə daxilə qəbul edilir. Bunlar immun sistemini gücləndirir, bronxspazmı aradan götürdüyü üçün ağciyərlərin oksigenlə zənginləşməsini təmin edir. (Trend)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












