Koronavirus tapmacadır, biz nə ilə üz-üzə qaldığımızı hələ bilmirik - ALİMLƏR

Koronavirusla mübarizə aparan həkimlər 1 il keçməsinə baxmayaraq, hələ də bu virusun sirrini aça bilməyiblər.
Xəstəni sağaldırlar, amma o əvvəlki kimi sağlam deyil. Təhlükəli virus orqanizmdə elə bir orqan, damar, sistem qalmır ki, onu zədələməsin.
Kardioloqların xəstəsi artıb, yarıdan çoxu kovid keçirib.
Revmatoloqların xəstələri çoxalıb, xəstələrin çoxu Kovid keçirib.
Mütəxəssislər koronavirus tapmacasının sirrini açmağa çalışır. Nəyə görə virus insandan əl çəkmir?
Sağalan insanların 2021-ci ildə belə hələ də xəstəliyin simptom və əlamətlərini hiss edən pasiyentlərin açıqlamasını dərc edib.
Amerika və Avropada yüzlərlə xəstə var ki, 6 aydır virusun fəsadlarının qurbanına çevrilib.
Həkimlər isə əlamətlərlə mübarizə aparır, orqanizmdə nə baş verdiyini tam anlaya bilmirlər.
"Biz tapmaca ilə üzləşmişik, Kovid həkimləri labirintə salıb" - Milli Səhiyyə İnstitutunun rəhbəri Frensis Kollinz etiraf edib.
Tapmacanın sirri çoxdur.
Koviddən sonrakı dövr ayrıca bir xəstəlikdirmi, yoxsa sadəcə uzunmüddətli təsiridir. Nəyə görə digər infeksiyalar, viruslar belə sindromlar yaratmırdı?
Yoxsa bu kütləni cənginə alan xroniki yorğunluq, stress, apatiya, təşvişdir?
İnsanları koronavirus, yoxsa koronavirus bu hala gətirib?
ABŞ senatından koronavirusun xəstəlik markeri və müalicə metodlarının öyrənilməsi üçün 1 milyard dollar alan Milli İnstitut 20 min koronavirus keçirmiş insanı əhatə edən elmi araşdırma üzərində işləyir.
"Biz bu vaxta qədər, tibb tarixi boyu bu qədər geniş masştabda xəstəlikdən sonra postinfeksion vəziyyətlə qarşılaşmamışdıq. İndi vaxt önəmlidir, tezliklə bunun çarəsi tapılmalıdır".
Qeyd edək ki, virusdan sağaldıqdan sonra pasiyentlərdə uzun müddət yuxusuzluq, beyində duman, yorğunluq, ürəkdə problem, təngnəfəslik, əzələ ağrıları, yuxusuzluq, depressiya, müxtəlif ağrılar, müxtəlif iltihabi proseslər müşahidə olunur.
Bir çox həkimlər hesab edir ki, virus və ya hissəcikləri uzun müddət orqanizmdə toxumalarda, damarlarda, xüsusən bağırsaqlarda qalır, qanda dövr edir. Bu isə xəstələrin özlərini tam sağlam hiss etməsinə, tam sağalmasına mane olur. /medicina.az
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










