Koronavirusdan ən çox zərər çəkən ölkə məlum oldu

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Böyük Britaniyanın üzv dövlətlər arasında koronavirusdan ən çox zərər çəkən ölkə olduğunu hesab edir.
Modern.az xəbər verir ki, cari ilin ikinci rübündə Böyük Britaniyanın ümumdaxili məhsulunun həcmi 20,4 faiz aşağı düşüb. Bununla yanaşı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv 37 ölkənin ümumi iqtisadi göstəricisi 2020-ci ilin birinci rübü ilə müqayisədə 9,8 faiz azalıb.
Birləşmiş Krallığın iqtisadi tənəzzülü müşahidələr tarixinin ən güclüsüdür. Ekspertlər bunu ölkədə koronavirus səbəbindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlərlə əlaqələndirir.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, Böyük Britaniyada koronavirusa 328 min 846 yoluxma və 41 min 465 ölüm faktı qeydə alınıb.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












