Koronavirusla bağlı ŞOK SƏNƏD ÜZƏ ÇIXDI

“Assoşieyted Press” Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun mənşəyini müəyyənləşdirmək üçün infeksiyanın ortaya çıxdığı Çinin Uhan şəhərində apardığı araşdırmanın nəticələri yer alan sənədi əldə edib. Sənədi Cenevrə mərkəzli diplomatın sızdırdığı iddia olunur. Publika.az xəbər verir ki, ÜST-nin Uhandakı istintaqı çərçivəsində səlahiyyət verdiyi komandanın tapıntıları böyük ölçüdə gözlənilən kimi idi və bir çox sualı cavabsız qoyurdu.
Bütün dünyanın nəfəsini tutaraq gözlədiyi hesabatın yayımlanması dəfələrlə təxirə salındı və Çin pandemiyanın məsuliyyətini üzərinə götürməmək üçün nəticələri təhrif etməyə çalışıb-çalışmadığına dair suallar gündəmə gəldi.
Bir ÜST rəsmisi ötən həftənin sonlarında qarşıdakı həftədə hesabatın yayıma hazır olacağını açıqladı. “Assoşieyted Press” də məhz bu məqamda sənədi ələ keçirdiyini elan etdi. Hesabatın yayımlanmadan əvvəl dəyişdirilib-dəyişdirilməyəcəyi bəlli deyil. Diplomat yayımlanmadan əvvəl sənədi göstərmək səlahiyyəti olmadığı üçün şəxsiyyətinin açıqlanmasını istəmir.
Hesabatda 4 ssenari olduğu bildirilir. Bunlardan ən əhəmiyyətlisi koronavirusla yarasalardakı virus arasında başqa bir vasitənin olmasıdır. Virusun laboratoriyadan sızdırılması ehtimalı isə çox aşağı dəyərləndirilir.
Koronavirusa olduqca bənzər bir növün yarasalarda aşkarlandığı bildirilən sənəddə bu tapıntılar arasındakı təkamül məsafəsinin bir neçə on il olduğu, bu da yarasalarla COVID-19 arasında “itkin” halqa olduğu, bu halqanın başqa bir heyvan olma ehtimalının yüksəkliyi vurğulanıb.
Hesabatda qeyd edilib ki, yarasadan insana birbaşa yoluxma ehtimalı mövcuddur. Ehtimallar arasında virusun insanlara dondurulmuş qida vasitəsilə keçməsi də var, amma bu, aşağı dərəcədədir. Hesabat “soyuq zəncir” qida məhsullarının virusun uzun məsafələrdə yayılmasına səbəb ola biləcəyini, amma pandemiyaya təkan verə biləcəyindən şübhələnildiyini ortaya qoyub.
AP-nin dərc etdiyi sənəddə koronavirus pandemiyasının 2019-cu ilin dekabr ayında Uhandakı dəniz məhsulları bazarında başlayıb-başlamadığı mövzusunda dəqiq bilgi yer almayıb. Şəhərdə aşkarlanan yoluxmaların daha yüngül ola biləcəyi və bunun koronavirus ilə əvvəlki yoluxmalar arasında bağlantını təmin edə biləcəyi bildirilib.
Hesabat mətnində “bu səbəbdən pandemiyanın kökündə Huanan dəniz məhsulları bazarının rolu və ya virusun bazara necə girdiyi haqqında hazırda konkret nəticə əldə olunmur” ifadələri qeyd edilib.
AP hesabata istinad edərən panqolinlərdə koronavirusa olduqca bənzər viruslar tapıldığını bildirib və eyni zamanda, vizonların və pişiklərin koronavirusa həssas olduğunu, daşıyıcı ola biləcəklərini vurğulayıb.
Diqqətçəkən məqamlardan biri isə koronavirusun insandan insana tənəffüs yolu infeksiyası olaraq başlama ehtimalının çox aşağı olması və bir çox mütəxəssisin bu mövzuda həmfikir olmasıdır.
Uhandakı araşdırmanı idarə edən ÜST mütəxəssisi Peter Ben Embarek verdiyi açıqlamada hesabatın son şəklini aldığını, tərcümələrin aparılmasından sonra növbəti bir neçə gün ərzində ictimaiyyətə açıqlanacağını deyib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bu ilin yanvar ayında koronavirusun mənşəyini müəyyənləşdirmək üçün Çinə getmiş və orada təxminən 1 ay boyunca analizlər aparmışdı.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











