Koronavirusla əlaqədar nəqliyyatın hərəkəti üçgünlük tam dayandırılıb

Özbəkistanda koronavirusla mübarizə tədbirləri çərçivəsində iyulun 31-də, avqustun 1-2-də ölkədə bütün nəqliyyat vasitələrinin hərəkəti tam dayandırılıb. Yalnız təcili tibbi yardım maşınlarının və xüsusi icazəsi olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilib. Ölkədə virusa yoluxma hallarının və ölənlərin sayının artması ilə əlaqədar artıq üçüncü həftədir ki, şənbə və bazar günləri üçün belə qərar qəbul edilir.
Xatırladaq ki, avqustun 15-dək ölkədə karantin rejimi yenidən gücləndirilib, yaşı 65-dən yuxarı olanlar özünütəcrid rejiminə keçirilib, toy və ailə şənliklərinin təşkili qadağandır.
Son sutkada Özbəkistanda koronavirusa yoluxanların sayı 686 nəfər artaraq 23 min 558 nəfər olub.
Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, Baş Nazirinin müavini Utkam Boronov və Buxara vilayətinin hakimi Karim Kamolov da koronavirusa yoluxublar. Onlar hazırda müalicə alırlar. (AZƏRTAC )
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












