Koronavirusun daha bir mutasiyası aşkarlandı

İsrail Səhiyyə Nazirliyi ölkədə koronavirusun mutasiyaya uğramış yeni növünün tapıldığını açıqlayıb.
Nazirlik yeni növün nazirliyin tabeliyindəki virusologiya laboratoriyası olan Sheba Tibb Mərkəzində aparılan bir araşdırma ilə müəyyənləşdirildiyini bildirib.
Araşdırma ilə ötən ilin fevralından bu ilin yanvarınadək İsraildə təsbit olunan bütün COVID-19 mutasiyalarının təhlil edildiyini bildirən nazirlik yeni mutasiyaya ilk olaraq keçən ilin iyulunda bir nümunədə rast gəlindiyini və ümumilikdə 181 nümunədə müşahidə edildiyini bəyan edib.
Yeni mutasiyanın daha az yoluxucu olduğu və ağırlaşmaya səbəb olmadığı vurğulanıb.
Qeyd edək ki, İsraildə indiyədək 832 min 574 nəfər koronavirusa yoluxub, onlardan 6 min 197-si pandemiyanın qurbanı olub. (“Qafqazinfo”)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












