Koronavirusun mövsümiliyi barədə ÜST-dən açıqlama

Dünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu mövsümi xəstəlik saymır.
“RİA Novosti”nin məlumatına görə, bu barədə təşkilatın Kəskin Xəstəliklər Bölməsinin Texniki Qrupunun rəhbəri Maria van Kerkhove onlayn brifinq zamanı deyib.
Onun sözlərinə görə, ümumiyyətlə yoluxucu infeksiya dalğaları müzakirə olunduqda, bu cür xəstəliklərin mövsümi olduğu görünür (qripdə olduğu kimi). Onun fəallığı Şimal və Cənub Yarımkürələrində qış aylarında infeksiyaların artmasında əks olunur.
“Amma biz hələ ki, bu virusda (SARS-CoV-2) mövsümilik görmürük. O, hər şəraitdə, iqlimdə və bölgələrdə dövr edir”, - deyə mütəxəssis vurğulayıb.
Van Kerkhove bəzi ölkələrdə infeksiya sayının artmasının məhdudlaşdırıcı tədbirlərin götürülməsi ilə əlaqəli olduğunu izah edib. Belə ki, səlahiyyətlilər yoluxmanın pikini azalda və infeksiyanın yayılmasını nəzarət altına ala bilirlər, lakin, karantin yumşaldıqdan sonra xəstəlik yenidən yayılır.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI












