Krımdan Yerevana təyyarə reysi açılır

«Simferopol-Yerevan təyyarə reysinin açılması barədə xəbəri oxudum. Krımın «nəqliyyat naziri» Simferopol-Yerevan reysinin açılmasını təsdiq edib. Ermənistandan Krıma təyyarə reysinin açılması bütün beynəlxalq normaların pozulmasıdır». Bu fikirləri millət vəkili Fuad Muradov özünün facebook səhifəsində paylaşıb. O bildirib ki, Yerevanın buna məhəl qoymaması bir daha Ermənistanın yürütdüyü siyasətin mahiyyətini açır və işğalçı dövlət olduğunu göstərir: «Ermənistan bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində hava limanı açmağa cəhd etmişdi. Bu növbəti fakt bir daha göstərir ki, Yerevanın separatçı rejimlərə dəstək verməsi onun ənənəvi dövlət siyasətidir. Bu isə Qərbin separatçı rejimləri dəstəkləyən ölkələrə qarşı elan etdiyi sanksiyalarının Ermənistana da tətbiq olunmasını zəruri edir».
Deputat onu da qeyd edib ki, Ukrayannın ərazisi olan Krıma istənilən reys qanunsuz hesab olunur. Ukrayna 2014-cü ilin mart ayından “Simferopol” hava limanının bağlandığını rəsmən bəyan edib.
Elməddin
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA










