Küçəyə zibil atan sürücünü belə cəzalandırdılar – VİDEO

Rusiyada, daha dəqiq desək, Dağıstanda baş vermiş bu olay çoxlarının marağına səbəb olub. Belə ki, svetaforda dayanmış avtomobildən küçəyə zibil atan sürücü gözlənilməz hadisə ilə qarşılaşıb. Yoldan keçən piyada sürücünün maşından atdığı tullantı ilə yanaşı, küçədəki bütün zibilləri toplayıb həmin avtomobilin pəncərəsindən içəri atır. Bu reaksiyanı gözləməyən sürücü isə əsəbi halda yerə düşərək piyadanın üstünə cumur. Lakin arxadakı maşında olanlar dərhal yerə düşərək məsələyə müdaxilə edirlər. Hətta, digər sürücülər bu hərəkətinə ggörə maşından küçəyə zibil atan sürücüyə iradlarını da bildirirlər.
Avtosfer.az-ın məlumatına görə, Azərbaycanda, xüsusən də paytaxt Bakıda sürücülərin əksəriyyəti avtomobil idarə edərkən heç nədən çəkinmədən, sanki belə olmalıymış kimi, küçəyə zibil atırlar. Yəni, avtomobildən küçəyə zibil atmaq adət halını alıb. Siqaret qutusu, su butulkası (kapron və ya şüşə), dondurma qabı və digər tullantıları rahatlıqla küçəyə atanların diqqətinə çatdırmaq istəyirik ki, İnzibati Xətalar Məcəlləsinə görə, bu əmələ görə sürücünü 40 manat cərimə gözləyir. Eyni əməli avtomobildəki sərnişin töərədərsə, onun cəriməsi 30 manatdır.
Qeyd: Videonu sosial şəbəkələrdə AzərTAc Dövlət Agentliyi yayıb.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












