Küləyin sürəti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti iyunun 1-də ölkə ərazisində gözlənilən küləyin sürəti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib.
Avtosfer.az xidmətə istinadla xəbər verir ki, “sarı” xəbərdarlıq Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Tərtər, Ağdərə, Ağdam, Xankəndi, Şuşa, Xocavənd, Cəbrayıl, Zəngilan, Naxçıvan Muxtar Respublikası, Şahbuz, Ordubad, Culfa, Şərur, Babək, Sədərək, Kəngərli, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Xızı, Qobustanı əhatə edib. Həmin ərazilərdə küləyin sürəti saniyədə 13,9-20,7 metr arasında dəyişəcək.
Mingəçevir, Yevlax, Bərdə, Bakı, Sumqayıt, Abşeron, Hacıqabul, Neftçala isə “narıncı” xəbərdarlıq zonasına daxil edilib. Burada küləyin sürəti saniyədə 20,8-28,4 metrə qədər güclənəcək.
Qeyd edək ki, “Rəng xəbərdarlıq sistemi”ndə “sarı” xəbərdarlıq 7-8 balla qiymətləndirilir. “Sarı” xəbərdarlıq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka orta risk deməkdir. 9-10 balla qiymətləndirilən “narıncı” xəbərdarlıq isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir.

Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












