Kürdəmir sakinində külli miqdarda narkotik vasitə aşkarlandı - VİDEO

Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
Avtosfer.az xəbər verir ki, Rayon Polis Şöbəsinə rayonun Sığırlı kənd sakini İqbal Ədilovun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində və yaşadığı evdə saxlaması, daşıması, habelə yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında polis əməkdaşları İqbal Ədilovun yaşadığı evə baxış keçirib və oradan 133 ədəd, ümumi çəkisi 28 kq 900 qram olan narkotik tərkibli çətənə kolu aşkar olunaraq götürülüb. İqbal Ədilov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. İlkin dindirmə zamanı o, etdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Kürdəmir rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











