Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub - FOTO

Kürdəmir rayonunda şəhid Şiralı Səlimovun xatirəsinə tikilən bulağın açılışı olub.
Avtosfer.az xəbər verir ki, bulaq Ağsu-Kürdəmir-İmişli magistral yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində yol kənarında yerləşir.
Şəhidin ailəsinin vəsaiti və kənd camaatının köməyi ilə ərsəyə gələn bulağın açılış mərasimində rayon rəsmiləri, kənd camaatı və şəhidin ailə üzvləri iştirak edib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarından söhbət açılıb.
Şəhidin atası Vüqar Səlimov onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Kənd ziyalısı Zeynal Səfərov isə deyib ki, bu kimi tədbirlərin keçirilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi gənclərdə və yeniyetmələrdə vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olur.
Qeyd edək ki, şəhid Səlimov Şiralı Vüqar oğlu 2000-ci ildə Kürdəmir rayonunun Sor-Sor kəndində anadan olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrutun və bir sıra yüksəkliklərin işğaldan azad olunmasında iştirak edib. Onun son döyüşü Şuşanın işğaldan olunması uğrunda olub. Həmin döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












